Norveçin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Norveç hökuməti Rusiya dövlət nömrə nişanlı avtomobillərin krallığa girişini qadağan edib. İdarədən verilən məlumata görə, məhdudiyyətlər oktyabrın 3-dən qüvvəyə minəcək. Norveç Avropa İttifaqının bir hissəsi olmasa da, ölkə Avropa İqtisadi Birliyinə üzvlük vasitəsilə ona bağlıdır.
Bundan əvvəl Avropa Komissiyası bildirmişdi ki, Aİ-nin Rusiya Federasiyası ilə bağlı sanksiya qanunları Rusiyada qeydiyyatda olan avtomobillərlə birlik ərazisinə girişi qadağan edir. Maşının şəxsi və ya kommersiya məqsədləri üçün istifadə olunmasından asılı olmayaraq, bu, qadağan olunmuş idxal hesab olunacaq. Smartfonlar, noutbuklar, tualet kağızı, şampunlar və ya diş pastası kimi müxtəlif şəxsi gigiyena məhsulları da məhdudiyyətlərə məruz qalıb. Zərgərlik də qara siyahıya salınıb. Polşa və Baltikyanı ölkələr yeni normaları təsdiqləyən ilk Avropa ölkələri arasında olub. (Nevs.ru)