Miqrasiya siyasəti Danimarkanın 2025-ci ilin iyulunda başlayacaq Avropa İttifaqına sədrliyinin prioritetlərindən biri olacaq. Bunu Danimarkanın Avropa məsələləri üzrə naziri Mari Bjerre Helsingin Sanomat qəzetinə müsahibəsində deyib.
“Bu dövr üçün prioritetlər hələ müəyyən edilməyib, lakin miqrasiya mütləq gündəmdədir” deyib.
“Avropaya həddən artıq çox sayda qeyri-qanuni miqrant gəlir və bu, çox böyük problemdir və bir çox ölkələr bundan xəbərdardır”, – nazir qeyd edib.
Bjerre hesab edir ki, Avropa ölkələri qaçqınlarla bağlı yeni qərarlara hazırdır. Onun fikrincə, Avropanın qalan hissəsi son on ildə sərt miqrasiya siyasəti ilə tanınan Danimarka ilə eyni istiqamətdə hərəkət edir. (Tass)