May 21, 2025-0:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Danışan daşlar, ağac üzərində əl işləri – Yevlax sakininin maraqlı hobbisi

2023:10:23 - 13:58
in MƏDƏNİYYƏT
A A

Maraqlı hobbisi ilə seçilən Yevlax rayonu Gülövşə kənd sakini Bəhman Qəmbərov müxtəlif rəngli, görünüşü qeyri-adi çay daşlarını seçib toplayır.

Bəhman Qənbərov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində daşların da dili olduğunu, onlarla danışdığını deyib: “Daşlar mənim üçün canlıdır, insan kimidir. Onlarla danışıram. Onlara “Danışan daşlar” adlı şeir də yazmışam. Hər daş bir əşyaya, heyvana, bədən üzvlərinə oxşayır. Məsələn, bu daşa diqqətlə baxanda (daşı göstərir – red.) Kambala balığına oxşadığını görürük. Bu daş isə heyvan ürəyinə bənzəyir. Baxın, bu daşın üzərində nə qədər cizgilər, təbəqələr var. Sanki sualtı gəmidir. Bu daşın üzərindəki xətlərə diqqət edin. Nə gözəldir. Bunu kim çəkib, kim düzəldib? Əlbəttə, təbiət, tanrı. Təbiətin yaratdığı möcüzələrdir. Elə daşlar var ki, şəffafdır. Bir tərəfindən digər tərəfi görünür. Hərəsinə bir ad qoymuşam. Hamısı mənim üçün əzizdir”.

Yevlax sakininin daş kolleksiyası maraqla qarşılanır. Bir neçə dəfə daşlardan sərgi açan həmsöhbətimiz deyir ki, əgər lazımi alətləri olsa, daşları cilalayıb maraqlı əşyalar da hazırlaya bilər.

Uzun illər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışan Bəhman Qənbərov təqaüdə çıxdıqdan sonra maraqlı əl işləri də hazırlayır. Onun bəzəkli daş toplamaqla yanaşı, digər hobbisi taxta, ağac parçalarından müxtəlif suvenirlər düzəltməkdir.

Hazırda 100-yə yaxın əl işinin olduğunu deyən B.Qəmbərov ilk suvenirini düzəltməyinin maraqlı tarixçəsini də danışıb: “Həyat yoldaşımın ad gününə hədiyyə olaraq taxtadan çiçək suveniri düzəldib verdim. Düşündüm ki, həqiqi çiçək solacaq, düzəltdiyim əl işi isə əbədi qalacaq. Növbəti əl işim isə oğlumun ad günündə taxta parçasından düzəltdiyim tar oldu. Beləliklə, başladım xəyalımdan keçənləri düzəltməyə”.

Onun taxtadan düzəltdiyi tar, kaman, qaval, Qız qalası, nar, teleqüllə, xarıbülbül, buta, çay dəsti kimi əl işləri daha çox marağa səbəb olub. Qavalın üzərində muğamların adları yazılıb, Azərbaycan muğam sənətinə töhfələr vermiş şair və xanəndələrin şəkilləri yer alıb. Ən böyük istəyi isə həqiqi tar və saz düzəltməkdir.

B.Qənbərov əl işlərini satmaq üçün hazırlamadığını, onları övladları kimi çox sevdiyini deyir. Hazırda taxtadan kitab və həvəngdəstə fiqurları üzərində işləyir. Növbəti əl işini isə Murov dağına həsr edəcəyini deyir.

Söhbət zamanı Bəhman Qənbərovun şeir də yazdığını öyrəndik. İndiyə qədər minə yaxın şeir yazıb, 5 kitabı nəşr olunub. Hazırda doğulduğu Gülövşə kəndinin tarixini qələmə alır.

Əvvəlki Yazı

Lüksemburq XİN: Yaxın Şərq münaqişəsinin həllinin 20 ildən az vaxt aparacağına ümid edir

Növbəti Yazı

Azərbaycan və Ermənistan baş nazirləri Tbilisidə keçiriləcək forumda iştirak edəcəklər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.