Daşınmaz tikinti və həyatıyanı torpaq sahələrinin üzərində hüquqların qeydiyyata alınması üçün aşağıdakı sənədlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim edilməlidir:
Ərizə, tikintinin yerləşdiyi torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənədlər, tikintinin qanuni əsaslarla əldə edilməsi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada inşa edilməsinin təsdiq edən sənədlər, şəxsiyyəti təsdiq edən sənəd, hüququ əldə edənin adından başqası ərizəni verirsə, notarial qaydada etibarnaməni təsdiq edilməsi, dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Hüquqşunas Səadət Vəliyeva