Avqust 25, 2025-16:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Daşkənddə Azərbaycana həsr olunan sərgi keçirilir

2024:08:23 - 17:20
in İQTİSADİYYAT
A A

Azərbaycanın dövlət başçısının Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə ölkəmizin iqtisadiyyatına həsr olunmuş sərgi keçirilir.

APA-nın müxbiri xəbər verir ki, Daşkənddə təşkil edilən sərgidə Azərbaycanın müxtəlif sahələri üzrə iqtisadi potensialı, nailiyyətləri və məhsulları nümayiş olunur.

Belə ki, “Uz Expo Centre”də İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgi təşkil olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovun rəhbərlik etdikləri Azərbaycan və Özbəkistan nümayəndə heyətləri sərgidə olublar.

Azərbaycanın zəngin memarlıq irsini əks etdirən dörd möhtəşəm qala ilə bəzədilmiş sərgi bir neçə tematik bloka ayrılıb. Sərgidə ölkəmizin iqtisadi nailiyyətlərinə dair göstəricilər, sənaye və kənd təsərrüfatı məhsulları, rəqəmsal inkişaf sahəsində görülən işlər, nəqliyyat-logistika, enerji, turizm sektorlarının imkanları, reallaşdırılan innovativ layihələr, COP29 tədbiri və Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinə dair videoçarxlar nümayiş etdirilir.

Burada ziyarətçilərə, həmçinin azad edilmiş ərazilərimizin bərpası prosesi ilə tanış olmaq imkanı yaradılıb, yeni yaşayış məskənlərinin inşası və infrastruktur quruculuğu üzrə layihələr təqdim olunur.

Sərgidə “Made in Azerbaijan” brendi altında istehsal olunan qida məhsulları, o cümlədən spirtli və spirtsiz içkilər, konservlər, kənd təsərrüfatı və qənnadı məhsulları, eləcə də tikinti materialları və digər məhsullar nümayiş olunur. Sərgidə ənənəvi tekstil sahəsinə xüsusi yer ayrılıb.

Burada Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə məxsus əl işləri yer alır, ziyarətçilərə ənənəvi xalçaçılıq sənəti haqqında məlumat verilir.

Burada Azərbaycanda qızıl və gümüşdən hazırlanmış sikkələr, qızıl külçələr də nümayiş olunur.

Sərgi avqustun 23-dək davam edəcək.

Əvvəlki Yazı

Fuad Hüseynəliyev: Qərbin Ermənistanı silahlandırması tək Azərbaycana yox, həm də Rusiya əsgərlərinə qarşı yönələ bilər

Növbəti Yazı

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.