Qondarma Dağlıq Qarabağ prezidentinin müşaviri, respublikanın keçmiş xarici işlər naziri David Babayan Azərbaycan hakimiyyətinə təslim olmaq qərarına gəlib. Bu barədə o, Facebook-da yazıb.
“Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma üçün Bakıya gəlməyimi tələb edib. Mən bu gün Stepanakertdən Şuşaya getmək qərarına gəldim. Bu qərar, təbii ki, böyük ağrı, narahatlıq yaradacaq. İlk növbədə qohumlarıma vurğulayıram, amma əminəm ki, onlar başa düşəcəklər”, – deyə dərc olunmuş mesajda deyilir.
(Sputnik Armenia)