Avropa Komissiyası Aİ hüdudlarından kənarda rədd edilmiş sığınacaq axtaranlar üçün deportasiya mərkəzlərinin yaradılmasını nəzərdən keçirməyi planlaşdırır. Bu barədə “De Telegraaf” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Aİ-nin mövcud qanunvericiliyi deportasiya mərkəzlərinin icmadan kənarda yerləşdirilməsinə icazə vermir. Bununla belə, Brüssel bu təklifi çərşənbə axşamı təqdim olunacaq sığınacaq axtaranların geri qaytarılması ilə bağlı Aİ siyasətinə daxil edib. “Hollandiya artıq bir müddətdir ki, bu ideyanın tərəfdarı olub, geri qayıdan miqrantlar problemini həll etməyə çalışır”, – De Telegraaf qeyd edib.
Aİ hüdudlarından kənarda mərkəzlərin qurulmasının məqsədi sığınacaq müraciətləri rədd edilən insanların deportasiyanı gözləyə bilməsi üçün mənşə ölkələrinə daha yaxın qalmalarına icazə verməkdir.
Uqandada oxşar mərkəzin açılması ideyası bir müddətdir ki, Hollandiyada müzakirə olunur. Xarici Ticarət və İnkişaf naziri Reinette Kleverin daha əvvəl bildirdiyi kimi, Hollandiyanın miqrasiya üzrə xüsusi nümayəndəsi hətta bu məsələni müzakirə etmək üçün Uqandaya da gedib. Lakin hələlik konkret qərarlar verilməyib.
İnsan haqları qrupları bu mərkəzlərin növbəti sui-istifadə imkanları mənbəyinə çevriləcəyindən ehtiyat edirlər. (Tass)