İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru səlahiyyətlərini icra edən dosent Minarə Həsənova və institutun əməkdaşları beynəlxalq seminara onlayn qoşularaq məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərə və aparılan tədqiqatlara diqqət çəkilib.