İyun 23, 2025-10:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Deputat: Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq

2023:11:20 - 15:05
in SİYASƏT
A A

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılır, xalqın rifah halının yaxşılaşdırılması və əldə olunan nailiyyətlərə hər bir sahədə əlçətanlığın təmin olunması üçün ardıcıl, davamlı siyasət həyata keçirilməkdədir. 2020-ci ildə, Vətən müharibəsində xalqımızın torpaqlarını işğaldan azad etməsi regionların idarə olunmasının keyfiyyətcə yeni mərhələsi ilə nəticələndi. Belə ki, 30 ilə yaxın işğal altında saxlanılmış, eyni zamanda, viran qoyulmuş Qarabağ iqtisadi zonasında yerləşən rayonların bərpa və yenidən qurulması istiqamətində sürətli tədbirlər görülməyə başlandı. Təsadüfi deyil ki, keçdiyimiz üç ildə işğaldan azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən gecə-gündüz aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi, ümumilikdə regionu yeni inkişaf mərkəzinə çevirməkdədir.

Bu fikirləri Ağdam şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümü ilə əlaqədar AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev söyləyib.

“İşğaldan azad olunmuş Ağdamı erməni vandalizminin ən böyük şahidi hesab etmək olar. Ermənistan uzun illər qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Xarici və yerli jurnalistlər Ağdamı Qafqazın Xirosiması adlandırırlar”, – deyən M.Əfəndiyev bildirib ki, Azərbaycan hökuməti erməni vandallarının törətdikləri vəhşilikləri, eləcə də 30 il işğal altında saxlayaraq darmadağın etdikləri, viran qoyduqları şəhərləri dünya ictimaiyyətinin görməsi üçün yüksək səviyyəli nümayəndə heyətlərinin, habelə ölkəmizə təşrif buyurmuş diplomatik korpus və vətəndaş cəmiyyəti nümayəndələrinin həmin ərazilərə səfərlərini təşkil edir.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Ağdam şəhərinin dünya şəhərsalma standartlarına uyğun olaraq bərpa ediləcəyini deyən deputat qeyd edib ki, 2022-ci il oktyabrın 5-də Azərbaycan hökuməti və BMT-nin İnsan Məskənləri Proqramının (UN-HABİTAT) əməkdaşlığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi – post-münaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda ilk Azərbaycan Milli Şəhərsalma Forumu məhz Ağdam şəhərində keçirildi. Həmin Forum sülh və təhlükəsizliyin dayanıqlılığını özündə ehtiva edirdi. Eyni zamanda, Azərbaycanın regionların sosial-iqtisadi inkişafında beynəlxalq əməkdaşlığı təşviq etdiyinin bariz nümunəsi oldu.

“Sevindirici haldır ki, bu gün artıq Ağdama səfər edən qonaqlar burada Azərbaycan hökuməti tərəfindən həyata keçirilən abadlıq işləri ilə tanış olurlar. 2021-ci il mayın 28-də Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq. Prezident İlham Əliyevin “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” sözləri bu gün öz təsdiqini görülən əməli işdə tapır”, – deyə o əlavə edib.

Əvvəlki Yazı

Azərbaycanda halal dərmanların hansı qaydada istehsal ediləcəyi məlum olub – EKSKLÜZİV0

Növbəti Yazı

Halal dərmanlar digər dərman vasitələrindən ayrı daşınacaq və saxlanılacaq – RƏSMİ

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.