Avqust 1, 2025-5:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Deputat: “Azərbaycan “yaşıl enerji”nin dəstəklənməsi istiqamətində mövqelərini gücləndirir”

2024:04:03 - 15:00
in İQTİSADİYYAT
A A

Azərbaycan “yaşıl enerji”nin dəstəklənməsi istiqamətində mövqelərini daha da gücləndirir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda günəş enerjisinin istehsalı 6 dəfə artıb və 50,2 MVt-dən artıq günəş enerjisi istehsal olunub: “Bərpa olunan mənbələrdən enerji istehsalında artımlar var. Bu artımlar Azərbaycan üçün 2030-cu il hədəflərinə nail olunması baxımdan vacibdir. Yəni Azərbaycan 2030-cu ilədək ümumi istehlakın 30 %-ni “yaşıl enerji” hesabına ödəmək niyyətindədir”.

Vüqar Bayramov

Vüqar Bayramov

Deputat qeyd edib ki, digər tərəfdən bu, Azərbaycan üçün “yaşıl enerji” də ixrac imkanları deməkdir: “2027-ci ildən Azərbaycanın Avropa İttifaqı ölkələrinə öz “yaşıl enerji”sini çıxaracağı gözlənilir. “Yaşıl enerji” ixracının artması Azərbaycan üçün ixracın şaxələndirilməsi və enerji ixracının strukturunun keyfiyyətcə dəyişməsi baxımından vacib bir addımdır”.

Bu il COP29-a ev sahibliyi edəcək Azərbaycanın “yaşıl zona”nın yaradılmasını dəstəkləyən ölkələrdən olduğunu diqqətə çatdıran V.Bayramov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə işlər davam etdirilir: “Digər bölgələrimizdə də alternativ mənbələrdən əldə edilən enerji istehlakının artırılması prioritet olaraq qalır. Azərbaycan bütövlükdə ətraf mühitin qorunması və “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi istiqamətində mövqelərini daha da möhkəmləndirəcək”.

Əvvəlki Yazı

Bloomberg: Ukrayna və Qərb sursat uğrunda yarışda Rusiyaya uduzur

Növbəti Yazı

Qazaxıstan Qırğızıstanla hava axtarışı sahəsində əməkdaşlıq haqqında qanunu ratifikasiya edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.