Ali təhsil müəssisələrinə baxsaq, ən çox beynəlxalq münasibətlər, beynəlxalq hüquqa yer ayrılır. Bəyəm Azərbaycanın bu qədər diplomata ehtiyacı var?
APA xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deputat Asim Mollazadə deyib.Deputat bildirib ki, Azərbaycanın mühəndislərə ehtiyacı var: “Ali təhsil və peşə təhsili ilə bağlı məsələlərə yenidən baxılmalıdır”.