İyul 14, 2025-7:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Deputat: Əbu-Dabi görüşü sülh prosesində pozitiv dinamika hesab oluna bilər

2025:07:11 - 11:00
in SİYASƏT
A A

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Əbu-Dabidə keçirilən görüş normallaşma prosesində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O Azərbaycan Xarici İşlər Nazirliyinin də bəyanatında görüşün rəsmi Bakının tələbinə əsasən vasitəçilərin iştirakı olmadan baş tutduğunu vurğulayıb:

“Bildirilib ki, bu sülh prosesi üçün ən səmərəli formatdır. Görüş yeri kimi Əbu-Dabinin seçilməsinə gəlincə, BƏƏ Azərbaycan üçün dost ölkədir. Eyni zamanda Ermənistana münasibətdə də neytral mövqe sərgiləyir. Bu ölkə heç vaxt maraqlı və qərəzli tərəf olmayıb. Bu mənada rəsmi Bakının Əbu-Dabini seçməsi tam ədalətlidir. Görüşün 5 saatdan artıq davam etməsi müzakirə gündəliyinin genişliyindən xəbər verir”.

K.Nurullayeva diqqətə çatdırıb ki, rəhbərlərin hazırkı görüşündə sülh müqaviləsinin imzalanması gözlənilmirdi:

“Yekun sənədə doğru tərəflərin yaxınlaşmasından söhbət gedirdi. Yekun bəyanatlardan aydın oldu ki, tərəflər gözlənildiyi kimi sülhə bir qədər də yaxınlaşdılar. Zəngəzur dəhlizinin açılması da görüşün əsas müzakirə mövzusu idi. Dəhliz ətrafında müxtəlif şaiyələrin, fərziyələrin artdığı bir vaxtda Bakı və İrəvan bu məsələni ikitərəfli dialoq formatında həll etməyin mümkün olduğunu göstərdi”.

Deputat vurğulayıb ki, Əbu-Dabi görüşü bir daha Bakıda hazırlanan sülh konsepsiyasının qəbul edildiyini təsdiqlədi:

“Tərəflərin bundan sonra da nəticəyönümlü dialoqu davam etdirmək barədə razılığa gəlməsi pozitiv dinamika hesab oluna bilər. Məlum olduğu kimi, regionda sülhü pozmaq istəyən qüvvələr az deyil. Ermənistan bundan sonra bu qüvvələrin təsiri altına düşməməli, Bakı ilə konstruktiv təmaslar vasitəsilə sülhə daha çox yaxınlaşmalıdır. Yalnız belə olduğu halda regionda dayanıqlı sülh və təhlükəsizlikdən söhbət gedə bilər”.

Əvvəlki Yazı

Şirvanda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Növbəti Yazı

İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.