Fransa saxta xəbərlərdən, mediadan istifadə edərək, Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa çalışır.
“Report” xəbər verir ki, bunu Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupunun üzvü Şahin İsmayılov parlamentdə Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə görüşdə deyib.
O qeyd edib ki, xüsusilə Azərbaycanda keçirilən böyük tədbirlər zamanı Fransa öz uğursuzluqlarını ört-basdır etməkdən ötrü belə addımlara əl atır:
“Amma dəyişməyən gerçəklik budur ki, haqlısansa, qalib gəlmək imkanların çoxdur. Əmin olun ki, siz də öz haqq işinizdə mütləq uğurlu nəticə əldə edəcəksiniz”.