Avqust 27, 2025-8:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Deputat: Hazırda xalqları milli kimlikdən uzaqlaşdırmaq meyilləri var

2024:02:26 - 16:31
in SİYASƏT
A A

Hazırda dünyada xalqları milli kimlikdən uzaqlaşdırmaq meyilləri hiss olunur. Buna imkan verməməli, öz deyərlər sistemimizi qorumalıyıq.

“Report” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədrinin müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu “Yeni tarixi mərhələ – yeni milli ideologiya” mövzusunda keçirilən “dəyirmi masa”da deyib.

O söyləyib ki, Azərbaycan xalqı olduqca mühüm tarixi mərhələni başa vurub.

Deputat bildirib ki, Azərbaycanın prioriteti torpaqlarını işğaldan azad etmək idi: “Bunun üçün bütün resursları səfərbər etdik. Xalqla iqtidar həmrəylik göstərdi”.

E.Mirbəşiroğlunun sözlərinə görə, yeni tarixi mərhələ cəmiyyət üçün mühüm rol oynayır: “Azərbaycan xalqının həmrəyliyini təmin edəcək milli ideyanın yaranmasına, o ideyaya uyğun fəaliyyət planlarının həyata keçirilməsinə ehtiyac var”.

Deputat Bəhruz Məhərrəmov isə deyib ki, Ulu Öndər Heydər Əliyev kursu təkcə siyasi kurs deyil, həm də azərbaycançılıq məfkurəsidir: “Bu məfkurə hər kəs üçün yol xəritəsi olmalıdır”.

B.Məhərrəmov azad fikrin milli ideologiyanın qorunmasında mühüm rol oynadığına diqqət çəkib: “Bizim milli ideologiyamız milli kimliyimizi formalaşdıran, qoruyan amillərdəndir”.

Media eksperti Müşfiq Ələsgərli milli ideologiya ilə bağlı vikipediya səhifəsi yaradılmasını təklif edib: “Çünki internetdə milli ideologiya ilə bağlı fərqli mənbələr, məlumatlar var. Bu, çaşqınlıq yarada bilər. Onu da nəzərə almaq lazımdır ki, hər kəsin tədqiqat aparmağa imkanı, həvəsi yoxdur”.

Əvvəlki Yazı

Keçmiş döyüşçü: Qaraqaya yaxınlığında amansız qətliamın şahidi olduq

Növbəti Yazı

Prokuror üç nəfərin qətlində təqsirləndirilən şəxsə ömürlük cəza istəyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.