Avqust 22, 2025-14:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Deputat: Hibrid təhdidlər media resurslarına kiberhücumlar şəklində də özünü göstərməkdədir

2025:05:02 - 17:08
in SİYASƏT
A A

Ölkəmizə qarşı hibrid təhdidlər təəssüf ki, media resurslarına kiberhücumlar şəklində də özünü göstərməkdədir.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya tərəfindən “Azərbaycanın media resurslarına 20 fevral hücumları: Kibermüdaxilədən dezinformasiyaya” mövzusunda təşkil olunmuş ictimai müzakirələr zamanı deputat Nigar Məmmədova bildirib.

Deputat deyib ki, hibrid təhdidlər faktiki terrorizm və ya mütəşəkkil cinayətə bənzəyir: “Geosiyasi və iqtisadi gərginlik artdıqca kibermüharibə casusluq, təxribat və dezinformasiya kampaniyaları ilə genişlənir, dövlətlər üçün hadisələri manipulyasiya etmək məqsədilə əsas vasitələrə çevrilir. Azərbaycanın yaratdığı yeni reallıqları həzm edə bilməyən qüvvələr tərəfindən ölkəmizə qarşı hibrid təhdidlərin intensivləşdiyini və şaxələndiyini müşahidə edirik. Müxtəlif parlamentlər, bəzi beynəlxalq dırnaqarası demokratiya və insan hüquqları təşkilatları, vətəndaş cəmiyyəti institutları da hücum aləti kimi istifadə olunur. Prosesə beynəlxalq media da cəlb olunur, mütəmadi olaraq postmünaqişə reallıqları təhrif edilir, “jurnalist araşdırması” adı altında dezinformasiya kampaniyaları həyata keçirilir.

Məlum olduğu kimi, hibrid təhdidlərin növlərindən biri də rəqəmsal manipulyasiyalardır. Ölkəmizə qarşı hibrid təhdidlər təəssüf ki, media resurslarına kiberhücumlar şəklində də özünü göstərməkdədir. Zaman-zaman media sistemlərinə kiberhücumların koordinasiya edildiyini və dövlət orqanlarının işində sabitliyin pozulmasına yönəldiyini görürük. Media infrastrukturunu sarsıtmaq məqsədilə həyata keçirilən bu hücumlar haker qrupların dəstəyi ilə reallaşır. Serverlərə, saytların panelinə sızmalar edilir. Bu da səbəbsiz deyil. Çünki media platformalarının auditoriyası kifayət qədər genişdir. Əksər sektorlardan fərqli olaraq, media qlobal miqyasda insanlara məlumat çatdırır. İctimai rəyi manupulyasiya etmək məqsədilə pozucu texnologiyalardan, hətta sosial şəbəkələrdən də dezinformasiya silahı kimi istifadə olunur.

Təbii ki, kiberhücumlardan qorunmaq üçün tədbirlər görülməlidir. Serverlərin və şəbəkə arxitekturasının təhlükəsizliyi təmin edilməlidir. Risklərin minimuma endirilməsi üçün elektron media resurslarına təhlükəsiz giriş siyasəti tələb olunur. Paralel olaraq media subyektlərinin kiberhücumlarla mübarizəyə dair təlimlərə cəlb edilməsi, maarifləndirmənin daha da gücləndirilməsi vacibdir”.

Əvvəlki Yazı

YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

Növbəti Yazı

Helsinkidə Azərbaycan Evinin uğurları və diaspor fəaliyyəti müzakirə olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.