İyun 17, 2025-17:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Deputat: Rəsmi Bakı inkişaf etməkdə olan ölkələrin hüquq və mənafelərini qoruyur

2025:05:14 - 15:29
in SİYASƏT
A A
Rəsmi Bakı inkişaf etməkdə olan ölkələrin hüquq və mənafelərini qoruyur.

APA xəbər verir ki, bu, Milli Məclisin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə deputat Nigar Məmmədova deyib.

Deputat bildirib ki, bu gün dünyada qlobal geosiyasi dəyişikliklər sürətlənir: “İnkişaf etməkdə olan ölkələr də mövcud beynəlxalq sistemə inteqrasiya olunur. Hazırda “Qlobal Cənub”un beynəlxalq sistemdə mühüm qüvvəyə çevrildiyini görürük. Beynəlxalq mühit, daxili fərqlər kimi obyektiv və subyektiv amillər “Qlobal Cənub”un imkanlarını müəyyən mənada məhdudlaşdırır. Bu gün “Qlobal Cənub”un daha çox inklüzivliyə ehtiyacı var. Burada söhbət bütün ölkələrin öz milli şəraitlərinə uyğun inkişaf yolunu tapmaqda dəstəklənməsindən gedir.

Güc mərkəzinə çevilməkdə olan “Qlobal cənub” ölkələri haqlı olaraq hegemonluğa, ikili standrtlara qarşı çıxır, beynəlxalq münasibətlər sistemində öz təmsilçiliyini artırmağa, səsini effektiv şəkildə gücləndirməyə çalışır”.

Nigar Məmmədova qeyd edib ki, Azərbaycanın Qlobal Cənubla bağlı mövqeyi aydındır: “Rəsmi Bakı inkişaf etməkdə olan ölkələrin hüquq və mənafelərini qoruyur. Azərbaycanın təşəbbüsü ilə ötən ay ilk dəfə təsis olunan Qlobal Cənub QHT Platformasının əsas fəaliyyət istiqaməti xalqların səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların hüquqlarının qorunmasına töhfə verməkdir. Platformanın məhz Bakıda təsis olunması isə Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində ölkəmizin fəaliyyətinə verilən qiymətin göstəricisidir. Ölkəmiz Qlobal Cənubla Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yarada bilib.

Təəssüf ki, Qlobal Cənub ölkələrinin bir qismi neokolonializmdən əziyyət çəkir. Rəsmi Bakı neomüstəmləkəçiliyin bütün formalarını və təzahürlərini rədd edir. Məhz Bakıdan başlayan beynəlxalq təşəbbüs neokolonializmə qarşı “Bakı Təşəbbüsü” öz nəticələrini verməkdədir”.

Əvvəlki Yazı

Şirvanda avtoxuliqanlıq edən sürücü saxlanılıb

Növbəti Yazı

BDU-da özbəkistanlı alimlərlə birgə dərsliklərin hazırlanması ilə bağlı müzakirələr aparılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.