İyun 20, 2025-12:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Deputat Rüfət Quliyev: Avtomobillərin parklanma tariflərinin artırılmasını müsbət qarşılamaq lazımdır

2024:03:27 - 13:05
in İQTİSADİYYAT
A A

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev Bakıda avtomobillərin parklanma tariflərinin kəskin artırılmasını adekvat qərar hesab edir.

O, “Report”a açıqlamasında deyib ki, bütün ölkələrdə, şəhərlərin mərkəzlərindəki qiymətlər – parkinq ödənişləri, iaşə xidmətləri, kirayələr, ümumiliklə, hər şey digər ərazilərə nisbətdə iki-üç dəfə bahadır.

Deputat qeyd edib ki, hazırda müzakirələrə səbəb olan parkinq qiymətlərinin bahalaşması haqqında qərar adekvatdır:

“Bakının mərkəzində hər şey digər ərazilərlə müqayisədə iki-üç dəfə bahadır. Hətta mərkəzdən bir neçə kilometr aralıda qiymətlər nisbətən daha aşağıdır. Parkinq qiymətlərinin də bu məsələyə uyğunlaşdırılması təəccüblü deyil. Hazırda Bakı şəhərinin baş planı hazırlanır. 2040-cı ilə qədər bu prosesə 6 milyarda qədər vəsait xərclənməsi nəzərdə tutulur. Bu prosesin bir hissəsi olaraq bütün parklanma məsələləri də tam həll olunacaq”.

Rüfət Quliyev

Rüfət Quliyev

R.Quliyev paytaxtın mərkəzində tıxaclarla bağlı problemləri əsas gətirərək belə bir qərarın müsbət qarşılanmalı olduğunu deyib:

“Ona görə də belə bir qərarın tətbiqi müsbət qarşılanmalıdır. Bu, ictimai nəqliyyatın inkişafı üçün də faydalı ola bilər. Sakinlər şəhərin mərkəzinə metro və ya avtobuslarla gəlsinlər. Yaxud hər kəs avtomobilini mərkəzdən kənarda münasib parkinqlərdə saxlayıb piyada hərəkət etsin. Düşünürəm ki, belə olmalıdır”.

Qeyd edək ki, son günlərdə paytaxt Bakının mərkəzi hissələrindəki yeraltı və yerüstü parklanma ərazilərində qiymətlər 2,6 dəfəyədək bahalaşıb. Bu da sosial şəbəkələrdə kəskin narazılığa səbəb olub.

Əvvəlki Yazı

Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhidlə Sumqayıtda vida mərasimi keçirilir

Növbəti Yazı

Bayram günlərində Şahdağ Turizm Mərkəzinə gələn turistlərin sayı açıqlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.