Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda yox, regionda tikilsin.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib:
“Azərbaycana bu gün daha çox texniki və informasiya texnologiyaları ilə əlaqədar universitetin yaradılamsına daha çox ehtiyac var. Biz Türkiyə-Azərbaycan Universitetinin yaradılması nəzərdə tutulur, hansı ki, həmin universitetin binasının da Bakıda tikilməsi planlaşdırılır. Təklif edirəm ki, bu bina Bakıda yox regionda tikilsin. Ümumiyyətlə təhsil ocaqlarını yavaş-yavaş regionlara yaymaq lazımdır.
Hesab edirəm ki, biz bu universiteti yaradarkən qardaş ölkə ilə universitet yaradılması xatirinə olmamalıdır. Təklif edirəm ki, həmin təhsil ocağı Türkiyə Azərbaycan Texniki universiteti olsun”.