Avqust 25, 2025-22:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Deputatlar üçün iqlim dəyişmələrinə dair bələdçi”nin Azərbaycan dilindəki nüsxəsinin təqdimatı olub

2024:11:14 - 11:40
in SOSİAL
A A

ADA Universitetində Azərbaycan Milli Məclisinin deputatları, hökumət orqanları və qərarverici şəxslər üçün yeni mənbə olan “Deputatlar üçün iqlim dəyişmələrinə dair bələdçi”nin Azərbaycan dilindəki nüsxəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk dəfə bu ilin oktyabr ayında Böyük Britaniya Parlamentində “Peers for the Planet” qrupu və Ekseter Universiteti tərəfindən dərc edilmiş bələdçi “Globe International” tərəfindən Azərbaycan dilinə çevrilərək COP29 çərçivəsində təqdim olunur.

Dünyanın iqlim üzrə aparıcı yüz aliminin çalışdığı Ekseter Universiteti tərəfindən bir qrup görkəmli elmi ekspert və təşkilatların müəllifliyi ilə hazırlanmış bələdçi siyasətçilərə ən son iqlim biliklərinə dair mənzərəni təqdim edir.

Təqdimat mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Milli Məclisin deputatı, COP29 üzrə GLOBE Parlament çempionu Fariz İsmayılzadə, “GLOBE International”ın rəhbəri xanım Malini Mehra və vitse-kanslerin müavini, Böyük Britaniyanın Ekseter Universitetinin yaşıl gələcək üçün həllər direktoru Stüart Broklhörst iştirak ediblər.

Tədbirə Böyük Britaniya Parlamentinin Lordlar palatasının partiyalararası iqlim və təbiət qrupu olan “Peers for the Planet”in sədri baronessa Helen Hayman və Ekseter Universitetinin prezidenti və vitse-kansleri Liza Roberts virtual qaydada qoşulublar.

Bu tədbir parlament üzvləri, COP29-da iştirak edən iqlim üzrə ekspertlər və digər VIP iştirakçılarla əlaqə qurmaq, iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq və COP29-un nəticələrinin tətbiqi sahəsində səyləri gücləndirmək üçün fürsət yaradıb.

Əvvəlki Yazı

İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb

Növbəti Yazı

Professor: Azərbaycanın COP29-a ev sahibliyi etməsi dövlətimizin uzaqgörən siyasətinin nəticəsidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.