Avqust 11, 2025-11:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Diaspor gəncləri Qarabağ Universiteti ilə tanış olublar

2025:08:05 - 14:31
in SOSİAL
A A

Xankəndidə keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçıları Qarabağ Universitetində olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev Qarabağ Universitetinə səfərin xüsusi əhəmiyyətini vurğulayaraq, iştirakçılara universitetin fəaliyyəti və məqsədləri barədə məlumat verib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri və qarşıda duran prioritetlər barədə geniş videotəqdimatla çıxış edib. O bildirib ki, Qarabağ Universiteti yalnız regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan, çağdaş texnologiyalarla təchiz olunan, müasir təhsil modeli üzərində qurulan bir ali məktəb kimi formalaşır.

Rektor universitetin yerləşdiyi binanın tarixi keçmişi, hazırkı infrastruktur imkanları və planlaşdırılan akademik proqramlar barədə ətraflı məlumat verib. O, Qarabağın adını daşıyan bu elm və təhsil ocağının Azərbaycanın ali təhsil sistemində xüsusi yer tutduğunu vurğulayıb. Universitetin inkişaf strategiyasına və beynəlxalq arenada tanınmasına, xüsusilə də gələcəkdə xarici tələbələrin cəlb olunması barədə fikirlərini bölüşüb. Qarabağ Universitetində açılan Azıx Mərkəzi haqqında gənclərə ətraflı məlumat verib.

Diaspor gəncləri universitetlə və onun kollektivi ilə yaxından tanış olublar. Universitetin beynəlxalq əlaqələri, orada aparılan araşdırmalar, regionun inkişafına verə biləcəyi töhfələr, tədris dili, proqram müxtəlifliyi, qəbul imkanları və başqa mövzularda onları maraqlandıran suallar ünvanlayıblar.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşdirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Əvvəlki Yazı

Dodon Hutsula qarşı hökmü Sandu tərəfindən qisas adlandırıb

Növbəti Yazı

Sabah bəzi yerlərdə 41 dərəcəyədək isti olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.