Avqust 11, 2025-16:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Dil xalqın milli varlığını müəyyən edən sərvətdir

2025:08:01 - 18:01
in SOSİAL
A A

Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, eyni zamanda, dövlət müstəqilliyimizin əsas amili, rəmzidir. Zəngin söz ehtiyatına, gözəl ahəngə malik olan Ana dilimiz ulu babalardan xalqımıza miras qalan ən qiymətli sərvətdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Qax şəhərində keçirilən elmi-praktik konfransda səsləndirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirin əvvəlində Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə hər il avqustun 1-nin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir.

Konfransda səslənən məruzə və çıxışlarda Ana dilinin hər bir xalqın varlığını təmin edən əsas amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyatının aynası olduğu xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan dili qədim dövrlərdən başlayaraq böyük inkişaf yolu keçib, uzun əsrlər boyu cilalana-cilalana formalaşıb.

Çıxış edənlər Azərbaycan dilinin bugünkü səviyyəyə çatmasında, dövlət dili kimi işlədilməsində, dünya dilləri arasında öz layiqli yerini tutmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıblar. Qeyd olunub ki, hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dilinin geniş təbliğ olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Əvvəlki Yazı

DİN: Qarabağa səfər edənlər “E-Polis”dən icazə ala bilərlər

Növbəti Yazı

Samir Vəliyev: Ayvazovskinin büstü qanunsuz qoyulub, sökülməsi tam haqlıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.