Noyabrın 15-də saat 11:00-da AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Şuşa toponimlərinin türk mənşəyi Azərbaycan reallığında” mövzusunda elmi sessiya keçiriləcək.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, elmi sessiyada “Şuşa şəhərində Qurdlar məhəlləsi”, “Şuşa şəhər inzibati ərazisində toponimlər” və “Qarabağın Şuşa şəhərinin mikrotoponimləri” mövzularında məruzələr dinləniləcək.