Avqust 18, 2025-17:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Dilçilik İnstitutunun kitabxanası ali məktəblərlə əlaqələrini genişləndirir

2023:12:25 - 15:47
in SOSİAL
A A

Bakı Qızlar Universiteti və Qərbi Kaspi Universitetinin kitabxana müdirləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Görüşdə Dilçilik İnstitutu ilə Bakı Qızlar Universiteti və Qərbi Kaspi Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli rəhbərlik etdiyi müəssisənin tarixi, fəaliyyəti, həyata keçirdiyi layihələr, o cümlədən ali məktəblərin kitabxanaları ilə əlaqələr haqqında məlumat verib.

Qərbi Kaspi Universitetinin icraçı prorektoru Rəşad Bağırov ali təhsil müəssisəsində kitabxananın strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təchizatı və mövcud imkanlarından danışıb. O, birgə əməkdaşlığın faydalı olacağını və bundan tərəfdaş kitabxana oxucularının da bəhrələnəcəyini bildirib. Daha sonra kitab mübadiləsi haqqında razılıq əldə olunub.

Bakı Qızlar Universitetinin kitabxana müdiri Aytac Eminova Dilçilik İnstitutunun kitabxanası ilə tanışlığından, müasir gəncliyin kitaba, ədəbiyyata maraq dairəsindən bəhs edib.

Dilçilik İnstitutunun kitabxanasının müdiri Sevil Zülfüqarova bildirib ki, ölkəmizin mədəni inkişafında kitab və kitabxana işinin mühüm rolu vardır. Kitabxana sahəsinin inkişafı yüksələn xətlə inkişaf etməkdədir. Bu gün institutun kitabxanası ali məktəblərlə əlaqələrini genişləndirir.

Sonda Dilçilik İnstitutunun nəşr etdirdiyi elmi-kütləvi ədəbiyyat nümunələrindən 135 nüsxə Qərbi Kaspi Universitetinin, 116 nüsxə isə Bakı Qızlar Universitetinin kitabxanasına təqdim edilib.

Əvvəlki Yazı

Bu il Azərbaycanda əkilən ağac tinglərinin sayı açıqlanıb

Növbəti Yazı

Qəbələdə Ulu Öndərin Azərbaycan multikulturalizminin inkişafında xidmətlərinə həsr olunan tədbir keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.