May 12, 2025-8:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Dilçilik İnstitutunun yeni nəşrləri təqdim edilib

2024:10:08 - 10:59
in SOSİAL
A A

X Bakı Beynəlxalq Kitab Sərgisində Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin I, II və III cildləri və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsində hazırlanan “Türk mənşəli arxaizmlər lüğəti”nin (XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında) I, II və III cildləri təqdim olunub.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxışında “Divanü lüğat-it-türk” əsərinin ilk dəfə ərəb dilindən Azərbaycan dilinə özbəkəsilli Azərbaycan alimi Xalid Səid Xocayev tərəfindən tərcümə edildiyini diqqətə çatdırıb. Nadir Məmmədli Xalid Səid Xocayevin bu kitabın tərcüməsinə görə “əks-inqilabi pantürkist təşkilatın üzvü kimi Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq 1937-ci ildə güllələnməyə məhkum edildiyini və bununla da əsərin itmiş hesab olunduğunu bildirib. Alim əsərin 86 ildən sonra – 2023-cü ildə Dilçilik İnstitutunun arxivindən tapıldığını qeyd edib.

Kitabın tərtibçisi, giriş və şərhlərin müəllifi professor Nadir Məmmədli, elmi redaktoru Türk Dil Qurumunun rəhbəri professor Osman Mertdir. Nəşrlər Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 illiyinə həsr olunub.

Tədbirdə bildirilib ki, “Türk mənşəli arxaizmlər lüğəti” Azərbaycan dili tarixinin leksikologiya, semasiologiya, sintaksis, morfologiya, fonetika sahələri üçün zəngin material mənbəyidir. Belə ki “Türk mənşəli arxaizmlər lüğəti”ndə sözlərin tarixi xronologiyası tətbiq edildiyindən həm məna inkişafını, həm də işlənmə intensivliyini aşkar izləmək mümkündür. Lüğətin hazırlanmasında ümumilikdə 60-dan çox müəllif və tərcümə əsərlərindən nümunələr toplanılıb. Həmin mənbələr “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsindən tutmuş XVIII əsrə qədər olan yazılı abidələri əhatə edir.

Əvvəlki Yazı

Məcnun Məmmədov: “Halal ərzaq istehsalına maraq və tələb artmaqdadır”

Növbəti Yazı

Sahibə Qafarova: Ölkəmizin etibarlı tərəfdaş kimi çıxış etməsi ilə bağlı fəxr edirik

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.