Dekabrın 12-də ölkə ərazisində qeydə alınan* 47, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
– Axtarışda olduğuna görə ümumilikdə 131, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
– Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib.
– Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.