Oktyabrın 29-da saat 23 radələrində *Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən* Kürdəmir rayonu ərazisində yerləşən YPX postunda “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
*Araşdırmalarla sürücü, Bakı şəhər sakini Elmin Ələkbərovun sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi və narkotik vasitənin təsir altında olması müəyyən olunduğundan barəsində inzibati protokol tərtib olunub.*
Kürdəmir rayon məhkəməsinin qərarı ilə onun barəsində 15 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq olunub.