Polis əməkdaşlarının yanvarın 8-də ölkə ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 22,9 kiloqramdan çox narkotik vasitə, həmçinin 1048 ədəd narkotik tərkibli həb aşkar olunaraq götürülüb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11 kiloqram 940 qram heroin, 7 kiloqram 727 qram marixuana, 1 kiloqram 23 qram tiryək, 2 kiloqram 220 qram metamfetamin, həmçinin 1048 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.