Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Şağan qəsəbəsi ərazisində 4 evdən ümumilikdə 16000 manat dəyərində kombi aparatları, su qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, saxlanılan şəxslər Qabil Nəsirov və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elmar İbrahimovdur.
Araşdırma aparılır.