Avqust 11, 2025-11:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

Din xadimləri üçün təlimlər keçiriləcək

2024:07:30 - 16:58
in Din və fəlsəfə
A A

Din xadimlərinin ümumi hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlimlər keçiriləcək.“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov imam kimi fəaliyyət göstərən ilahiyyatçı alimlərlə görüşündə açıqlayıb.Komitə sədri görüşdə dövlət tərəfindən milli-mənəvi dəyərlərin, tolerant mühitin qorunub-saxlanılmasına, dini abidələrin təmir və bərpasına göstərilən həssas münasibətə diqqət çəkib. Bildirib ki, qarşıda duran əsas hədəf və məqsədlərdən biri bu ənənəni yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır:“Milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, maarifləndirmə işinin yüksək səviyyədə həyata keçirilməsində din xadimlərinin, xüsusilə ilahiyyatçı alimlərin üzərinə böyük vəzifə düşür. Onların ali və ya orta dini ixtisas təhsilli, yüksək dünyagörüşünə malik, Azərbaycançılıq ideologiyasına bağlı olmaları olduqca önəmli məqamdır”.R.Məmmədov Azərbaycan İlahiyyat İnstitutunda İslamda vəhdəti təbliğ və təşviq edən, məzhəb ayrı-seçkiliyinə yol verməyən milli kadrların hazırlanmasını, eyni zamanda din xadimlərinin müsahibə yolu ilə seçilərək fəaliyyət göstərmələrini bu sahədə mühüm addım kimi dəyərləndirib. Bütün bunların nəticəsində cəmiyyətdə din xadimləri barədə formalaşan stereotiplərin dəyişilməsinə baxmayaraq, hələ də din xadimlərinin ümumi hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərə ehtiyac olduğunu və bu səbəbdən Dövlət Komitəsi tərəfindən təlimlərin keçiriləcəyini deyib.Qeyd edək ki, görüşdə iştirak edən ilahiyyatçı alimlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçirilmiş müsahibədə uğur qazanaraq Yasamal rayonu “İlahiyyat”, “Hacı Cavad”, Xəzər rayonu “Qala” və Abşeron rayonu Xırdalan şəhər məscidlərində imam kimi fəaliyyət göstərirlər.

Əvvəlki Yazı

Ermənistan və Türkiyə sərhəddə dəmir yolu məntəqəsinin açılmasını müzakirə etmək barədə razılığa gəliblər

Növbəti Yazı

Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.