İyun 18, 2025-20:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Din xadimlərinə terrorçuluğun maliyyələşdirilməsi təhlükəsinə qarşı ayıq-sayıqlıq tövsiyə olunub

2024:07:31 - 17:48
in SİYASƏT
A A

Din xadimlərinə terrorçuluğun maliyyələşdirilməsi təhlükəsinə qarşı ayıq-sayıqlıq, bu istiqamətdə aparılan mübarizədə fəal iştirak etmək tövsiyə olunub.

“Report” xəbər verir ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə dini icmaların nümayəndələri üçün keçirilən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda təlimdə bildirilib.

Təlimdə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə “Dövlət-din münasibətlərinin inkişafı: terrorla mübarizədə əsas vasitə kimi”, şöbənin əməkdaşı Aslan Sultanov “Terrorun maliyyələşməsində din faktoru” mövzularında məruzələrlə çıxış ediblər. Dini qurumlara fəaliyyətlərini bütünlükdə qanuni çərçivədə davam etdirmələri, sui-istifadə, cinayət risklərindən qorunmaq, eləcə də maliyyə məsələlərindəki əsas öhdəliklərinin icrası zamanı qanunauyğun davranış nümayiş etdirmək yolları izah edilib.

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı Fuad Əliyev “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə qeyri-kommersiya təşkilatlarının (dini qurumların) öhdəlikləri” adlı təqdimatla müvafiq sahədəki problemlərə və onların həll üsullarına diqqət çəkib.

­­­­70 nəfər dinləyicinin iştirak ediyi tədbirdə dini icmalar yeni hesabat nümunəsi və “Hədəfli maliyyə sanksiyalarının tətbiqinə dair Təlimat”la tanış edilib.

Əvvəlki Yazı

Kuba Xarici İşlər Nazirliyi Haniyənin qətlinin İranın suverenliyini pozduğunu bildirib

Növbəti Yazı

FHN: Xəzərdə təchizat gəmisindəki yanğının söndürülməsi işləri davam etdirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.