İyun 15, 2025-7:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Diplomatımız “Əl-Ərəbiyə” telekanalında Qarabağda antiterror tədbirlərinin zəruriliyindən danışıb

2023:09:29 - 11:08
in SİYASƏT
A A

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev nüfuzlu “Əl-Ərəbiyə” telekanalının canlı efirində bu yaxınlarda erməni terrorçularına qarşı həyata keçirilən antiterror tədbirlərinin zəruriliyi, həmçinin Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar barədə danışıb.

AZƏRTAC xəbər verir ki, Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Karen Qriqoryan canlı efirdə azərbaycanlı diplomatın əsaslandırılmış arqumentləri qarşısında aciz qalıb. Ş.Abdullayev xatırladıb ki, Ermənistanın baş naziri tərkibində Qarabağ da olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Lakin erməni rəhbərliyi 44 günlük müharibədən sonra Rusiyanın iştirakı ilə imzalanan üçtərəfli Bəyanata əməl etməyib, qanunsuz hərbi birləşmələrini Xankəndi, Xocalı, Əsgəran və Azərbaycanın Qarabağdakı digər ərazilərindən çıxarmayıb. Üstəlik, həmin silahlı dəstələr Azərbaycan ərazilərində hərbi təxribatlar, o cümlədən mina terroru aktları törədib, nəticədə yüzlərlə azərbaycanlı hərbçi və mülki şəxs həlak olub və ya yaralanıb. Bütün bunlar Azərbaycan rəhbərliyini antiterror tədbirləri keçirməyə, öz ərazisində suverenliyi tam bərpa etməyə məcbur edib. Azərbaycan Ordusu bu tədbirlər zamanı mülki obyektlərin və dinc erməni sakinlərinin zərər görməməsi üçün bütün ehtiyat tədbirlərini görüb, onların başa çatmasından sonra bölgəyə dərhal humanitar yardımlar göndərib.

Səfir əlavə edib ki, rəsmi Bakının təşəbbüsü ilə hazırda Qarabağın erməniəsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üzrə danışıqlar aparılır. O vurğulayıb ki, Azərbaycanın uğurlu antiterror tədbirlərindən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin möhkəmlənməsi üçün yaxşı imkanlar yaranıb və nəqliyyat dəhlizlərinin açılması, regional əməkdaşlıq Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafına töhfə verəcək.

Əvvəlki Yazı

Yaponiya parlamentinin aşağı palatasının sədri səhhətinin pisləşməsi ilə əlaqədar istefa verəcək

Növbəti Yazı

Şəmkir rayonunda gənc qızların təhsilə marağının artırılması ilə bağlı layihəyə start verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.