Misir hesab edir ki, diplomatiya Qəzza zolağında tam atəşkəsə nail olmalıdır. Bunu TASS-a Misirin Rusiya Federasiyasındakı səfiri Nazih Nagari deyib.
“Məqsəd [Qəzzada] tam atəşkəsə nail olmaqdır,” deyə o bildirib: “Və humanitar yardım diplomatiyanın daha böyük nailiyyətinin bir hissəsidir”.
Səfir qeyd edib ki, müvəqqəti atəşkəs zamanı anklava humanitar yardımın çatdırılması daha asan olub. “Ancaq humanitar yardım yeganə məqsəd deyil. Biz yalnız insanların əzabını yüngülləşdirmək üçün humanitar yardım göstəririk. Amma səhər ölə biləcək insanlara humanitar yardım çatdırdığınız bir vəziyyətdə [əsas] məqsəd bu deyil”. (Tass)