Tanınmamış Dnestryanı bölgənin prezidenti 2024-cü ilin dövlət büdcəsi haqqında qanunu 2,7 milyard rubl (169,4 milyon dollar) kəsirlə təsdiqləyib və bunun əsasən kreditlər hesabına ödənilməsi planlaşdırılır. Müvafiq sənəd prezidentin saytında dərc olunub.
Qanuna əsasən, gəlirlər 2023-cü illə müqayisədə 4% azalaraq 2,3 milyard Dnestryanı rubla (145,5 milyon dollar), xərclər 6% azalaraq 5 milyard Dnestryanı rubla (315 milyon dollar) çatacaq. Kəsirin təxminən 90%-nin və ya 2,5 milyard Dnestryanı rublun (155 milyon dollar) kreditlər hesabına ödənilməsi planlaşdırılır. Qeyd olunur ki, büdcə sosialyönümlüdür və vətəndaşların dəstəklənməsinə yönəlib. Sosial müdafiə olunan maddələrin xərclərdə xüsusi çəkisi 82 faizə yaxındır.
Dnestryanı bölgə 1990-cı il sentyabrın 2-də əsasən rusdilli əhalinin yaşadığı Dnestr çayının sol sahili ərazisində yaranıb. Moldovada respublikanın SSRİ-dən ayrılmasını və Rumıniyaya birləşməsini tələb edən radikal siyasətçilərin hərəkətlərinə qarşı çıxdı. 1992-ci ildə Kişinyovun problemi güc yolu ilə həll etmək üçün uğursuz cəhdindən və bunun ardınca baş verən silahlı münaqişədən sonra Moldova hakimiyyəti sol sahil rayonlarına nəzarəti itirib. (Tass)