Srpska Respublikasının (Bosniya və Herseqovinanın subyekti) prezidenti Milorad Dodik Aİ diplomatiyasının rəhbəri Kaja Kallasın reaksiyasından asılı olmayaraq, Moskvada Qələbənin 80-ci ildönümünün qeyd edilməsində iştirak etməyi planlaşdırır.
“Kaja Kallasın nə deməsindən asılı olmayaraq, mayın 9-da yenidən Moskvaya səfər edəcəm” Dodik “Glas Srpske” qəzetinə müsahibəsində deyib.
Bir gün əvvəl Serpska Respublikasının Prezidenti mayın 9-da Rusiyaya səfəri ilə əlaqədar Aİ-nin sanksiyalarından qorxmadığını açıqlamışdı. Dodik həmçinin Rusiya lideri Vladimir Putinin Qələbənin 80-ci ildönümünü qeyd etməyə dəvətini “böyük şərəf” adlandırıb. (Tass )