Serb Respublikasının prezidenti (Bosniya və Herseqovina qurumu) Milorad Dodik Belqradda uğurla mədə əməliyyatı keçirib və reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə Bosniya serblərinin liderinin ofisinin bəyanatında deyilir.
“Sirp Respublikası Prezidenti Milorad Dodik bu gün səhər saat 8-də ( Bakı vaxtı ilə 11:00) başlayan bir neçə saatlıq əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib Əməliyyat bu xəstəlik növü üzrə ixtisaslaşmış klinikada, Serb Respublikasından olan həkimlərin cəlb edilməsi və məsləhəti ilə həyata keçirilib”, – məlumatda deyilir.
Bir gün əvvəl 65 yaşlı Dodik kəskin mədə ağrısı səbəbindən Belqradda xəstəxanaya yerləşdirilmişdi. Əməliyyatdan əvvəl onu palatada Serbiya prezidenti Aleksandr Vuçiç ziyarət edib. (Tass)