Santo Dominqoda Rusiya səfirliyinin açılması ölkələr arasında əlaqələri və əməkdaşlığı gücləndirəcək. Bunu Dominikan Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Roberto Alvares Gil Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Biz Rusiya Federasiyasının Santo Dominqoda rəmzi olsa da səfirliyinin tezliklə açılmasını xüsusilə qeyd etdik. Bu, ölkələrimiz arasında əlaqələri, əməkdaşlığı və qarşılıqlı anlaşmanı daha da gücləndirəcək”, – Alvarez Gil bildirib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin səfəri hər iki ölkənin ikitərəfli münasibətləri inkişaf etdirmək istəyini təsdiqləyir. Xarici İşlər Nazirliyinin rəhbəri səfərə görə Rusiya tərəfinə minnətdarlığını bildirib. (Tass)