İyun 17, 2025-21:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Donald Trampla bağlı sui-qəsd və təhdid cəhdləri: ən azı 8 insident olub

2024:07:16 - 10:47
in GÜNDƏM, DÜNYA, MANŞET
A A

ABŞ–nin 45-ci prezidenti Donald Trampa qarşı iyulun 13-də Pensilvaniya ştatının Batler şəhəri yaxınlığındakı mitinqdə çıxışı zamanı sui-qəsd cəhdi olub. 20 yaşlı pensilvaniyalı Tomas Metyu Kruks açıq havada keçirilən mitinqdən təxminən 150 metr aralıda dam örtüyündən Trampa atəş açıb. Nəticədə siyasətçi xəsarət alıb, hadisəni törədən şəxsi məxfi xidmət agentləri öldürüblər.
Ritorika.az Trampa yönələn bütün sui-qəsd və təhdidlərin qısa tarixçəsini təqdim edir.
Bilinən ilk sui-qəsd cəhdi Trampın prezidentlik kampaniyasının mitinqində olub. 2016-cı il iyunun 18-də Trampın Nevada ştatının Las-Veqas şəhərindəki çıxışı zamanı baş verib. 20 yaşlı britaniyalı Maykl Stiven Sendford polisinin silahını ələ keçirərək Trampa atəş açmağa çalışıb. O zaman Sendfordun bu cəhdinin qarşısı alınıb. Nəticədə psixi pozğunluğun olduğu aşkarlanan Senford 200 dollar cərimə və 12 ay həbs cəzasına məhkum edilmişdi. O 2017-ci ildə Böyük Britaniyaya deportasiya edilib.
2017-ci il sentyabrın 6-da Mandan şəhərinə gələn Trampın çıxışını pozmaq üçün yerli sakin Qreqori Li Leinqanq qonşu şəhərdə iki yanğın törədib və yük maşınını ələ keçirərək prezident Trampın limuzinini aşırmağı planlaşdırıb. Amma bu cəhd uğursuzluğa uğrayıb. Nəticədə polis Leinqanqı saxlayıb, plan baş tutmayıb. Məhkəmə ona 20 il cəza kəsib.
2017-ci ilin noyabrında Filippində keçiriləcək sammit öncəsində yerli polis ABŞ prezidentini öldürməyi planlaşdıran terrorçu təşkilatın üzvünü həbs edib. Daha bir terrorçu Donald Trampın təyyarəsi paytaxt Manilaya enməmişdən bir az öncə həbs edilib.
Trampı iki dəfə zəhərləməyə də cəhd ediblər. 2018-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı III Bilyam Klayd Allen zəhərli bağlamanı prezidentə yollayıb. İkinci dəfə belə bir bağlama Kanadadan göndərilib. Hər iki dəfə xüsusi xidmət orqanları təhlükəni dəf edə biliblər.
2020-ci ilin iyul ayında Nyu-Yorkun 70 yaşlı sakini Tomas Velnitski bildirib ki, əgər Tramp seçkini uduzacağı halda Ağ Evi tərk etməsə, onu öldürəcək. Velnitski Trampa qarşı təhdid kampaniyasını sonralar da davam edib. Nəticədə 2022-ci ildə həbsə alınıb.
2024-cü ilin fevralında zəhərli bağlamanı Donald Trampın oğluna yollayıblar. Bağlamada ağ tozdan ibarət olan maddə və təhdid məktubu olub. Bu təhlükəni də neytrallaşdırmaq mümkün olub. Eks-prezidentin oğlu da eyni ad və soyadın daşıyıcısıdır, yəni kiçik Donald Tramp kimi tanınır.
Maya Hüseyn
İsmayıl Rafiqoğlu

 

Əvvəlki Yazı

İqtisadiyyat nazirinin müavini BMT-də IV Könüllü Milli Hesabatı təqdim edib

Növbəti Yazı

Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.