2023-cü ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində təsərrüfat subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi əlamətləri üzrə 28 işə baxılması başa çatıb, 19 işə baxılması isə davam edir.
AZƏRTAC Dövlət Xidmətinə istinadla xəbər verir ki, baxılması başa çatmış işlər üzrə 13 bazar subyektinə 205 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, müvafiq icrası məcburi göstərişlər verilib.