Ukrayna yanvar-aprel aylarında hərbi ehtiyaclara 18 milyard dollardan çox vəsait xərcləyib ki, bu da ümumi büdcə fondu xərclərinin 64,5%-ni təşkil edib. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
“765 milyard qrivna (Ukrayna Milli Bankının məzənnəsi ilə 18,36 milyard dollar 2025-ci ilin yanvar-aprel aylarında təhlükəsizlik və müdafiə sektoruna dövlət büdcəsinin ümumi fondunun xərcləridir. Bu, dövlət büdcəsinin ümumi fondunun ümumi xərclərinin 64,5%-ni təşkil edir”, – Telegram kanalı bildirir.
Bu vəsaitin hərbi qulluqçuların və polis əməkdaşlarının əmək haqqının ödənilməsinə, hərbi texnika və sursatların alınmasına, təchizatla təmin olunduğu dəqiqləşdirilir. (Tass)