Avqust 19, 2025-1:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri ilk dəfə beynəlxalq sərgidə

2024:01:22 - 16:15
in SOSİAL
A A

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının rəsm əsərləri ilk dəfə Cənubi Koreyada – beynəlxalq sərgidə nümayiş etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əlilliyi olan gənclərin əl işlərindən ibarət sərginin açılışı Yeniyetmələrin 4-cü Qış Olimpiya Oyunları çərçivəsində Cənubi Koreyanın Qanqvon əyalətində təşkil edilib.

“Birlikdə böyü, əbədi parla” devizi ilə keçirilən sərgidə mərkəzin benefisiarları Şamxal Xələfli, Şəbnəm Əhmədova və Qumru Əliyevanın müxtəlif mövzularda çəkdikləri tablolar, o cümlədən “Şuşa”, “Neft buruqları”, “Qış mənzərəsi” əsərləri qonaqların və media nümayəndələrinin marağına səbəb olub.

Tədbirdə iştirak edən Cənubi Koreyanın hökumət nümayəndələri, diplomatik korpus üzvləri və sənət xadimləri Azərbaycan rəssamlarının əsərlərindən ibarət ekspozisiyaya baxıblar. Sərgidə əsərləri yer alan müəlliflərin emosional və rəssamlıq baxımından yüksək səviyyədə iş nümayiş etdirdikləri diqqətə çatdırılıb. Bu cür əsərlərlə rəssamların dünyaya ümid və gözəllik bəxş etdiyi vurğulanıb.

Tədbir iştirakçılarına Mərkəzin fəaliyyəti və xidmət istiqamətləri ilə bağlı məlumat da verilib, sosial cəhətdən həssas əhali qruplarına aid, o cümlədən əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsi və cəmiyyətə adaptasiyası sahəsində aparılan işlərdən danışılıb.

Qeyd edək ki, ekspozisiyada Asiya, Amerika, Afrika, Avropa və Okeaniya ölkələrindən 53 rəssamın 274 əsəri sərgilənir.

Sərgi fevralın 1-dək Yeniyetmələrin 4-cü Qış Olimpiya Oyunları müddətində Qanqneunq İncəsənət Mərkəzində sənətsevərlərin ixtiyarında olacaq.

Əvvəlki Yazı

UNEC ilə ARPA arasında əməkdaşlığa dair memorandum imzalanıb

Növbəti Yazı

Yevlax Pilot Aqroparka 51 milyon manatdan çox investisiya yatırılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.