Türkiyənin İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləməsi ABŞ Konqresinin bir hissəsi üçün Ankaraya F-16 təyyarələrinin satışına icazə verən mühüm amildir. Dövlət Depertamenti bu barədə Türkiyənin TRT telekanalına şərh verib.
“ABŞ prezidenti Co Bayden çoxdan açıq şəkildə bəyan edib ki, o, Türkiyənin F-16 donanmasının NATO ilə qarşılıqlı fəaliyyətinə töhfə olaraq modernləşdirilməsini dəstəkləyir. Konqres [xarici] silah satışında əsas rola malikdir. Konqresin bəzi üzvləri açıq şəkildə bəyan ediblər ki, F-16 donanmasını dəstəkləmək lazımdır. Türkiyəyə F-16 satmaq üçün İsveçin NATO-ya üzv olmaq üçün müraciətini təsdiqləməsi vacibdir”, – departament telekanala bildirib. Dövlət Departamenti Türkiyə parlamentinin İsveç protokolunun təsdiqi ilə bağlı qərarını alqışlayıb.
Parlamentin Baş Assambleyasında səsvermə çərşənbə axşamı keçirilib. Orada 600 deputatdan 346-sı iştirak edib.İsveçin ərizəsinin təsdiqlənməsinin lehinə 287 qanunverici, əleyhinə 55, bitərəf 4 deputat səs verib. Bəzi fraksiyalar səsvermədə iştirakdan imtina edib. Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı imzalaması və ya parlamentə geri göndərməsi üçün 15 gün vaxtı var.(Tass)