ABŞ administrasiyası KİV-in Vaşinqtonun Ukrayna münaqişəsinə yanaşmasını dəyişdiyi və artıq Kiyevin qələbəsi üçün səy göstərməməsi ilə bağlı iddiaları rədd edir; Amerika hakimiyyəti öz məqsədini Rusiya ilə danışıqlarda Ukraynanın mövqeyini gücləndirməkdə görür. Bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“Politico” qəzetinin öz mənbələrinə istinadən yaydığı müvafiq məlumatı şərh edən diplomat deyib: “Xeyr, bu doğru deyil” – deyə bildirib.