ABŞ tərəfdaşları ilə birlikdə Rusiya və KXDR arasında silah və neft məhsullarının tədarükünü asanlaşdırdığı üçün sanksiyaları davam etdirəcək. Bu bəyanatla Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller çıxış edib.
“Birləşmiş Ştatlar Rusiya və KXDR arasında silah və neft məhsullarının tədarükünü asanlaşdırmaqda iştirak edənlərə qarşı sanksiyaları davam etdirəcək”, – deyə o bildirib. “Biz hazırda tərəfdaşlarımızla, o cümlədən Avstraliya, Avropa İttifaqı, Yaponiya, Yeni Zelandiya, Koreya Respublikası və Böyük Britaniya ilə bu ay yeni razılaşdırılmış sanksiyaları elan etmək üçün işləyirik”, – Miller əlavə edib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi daha əvvəl bəyan etmişdi ki, Rusiya guya BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq KXDR-ə neft tədarükünü artırıb və buna görə də Birləşmiş Ştatlar neft tədarükünü istisna etmir. (Tass)