Amerika administrasiyası hesab edir ki, Azərbaycan və Ermənistanın sülh sazişinə çıxışı hazırda Bakıdan asılıdır. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen məlumat verib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dinləmələrdə çıxış edən amerikalı diplomat Ermənistanın baş naziri Nikol Paşinyan haqqında “Görünür, o, sülh naminə riskə getməyə hazırdır” deyib. . “Əsl sual, prezident [Azərbaycan] İlham Əliyevin də buna hazır olub-olmamasıdır, – ABŞ xarici siyasət rəsmisi bildirib. (Tass)