ABŞ administrasiyası hesab edir ki, İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində genişmiqyaslı hərbi əməliyyatı yəhudi dövlətinin regionda və dünyada mövqelərini zəiflədəcək. Bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
Diplomatın sözlərinə görə, mümkün işğal İsrailin Fələstinin radikal HƏMAS hərəkatı ilə girovların azad edilməsi və Qəzza zolağında atəşkəslə bağlı məsləhətləşmələrinin gedişinə təsir göstərəcək. “Biz inanırıq ki, Rəfah əməliyyatı həm bu danışıqlarda, həm də ümumilikdə İsrailin mövqeyini zəiflədəcək. Əslində onlar İsrailin məqsədini bölüşürlər – HƏMAS-ın məğlubiyyətinə nail olmaq və onun Qəzzanın idarəçilik strukturunda yerini başqasının almasını istəyirlər”, – diplomat bildirib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin daha əvvəl deyib ki, Birləşmiş Ştatlar İsrailin Rəfəhdə böyük hərbi əməliyyat keçirməsinin HƏMAS-ın mövqelərini gücləndirəcəyinə inanır. (Tass)