Dövlət Departamentinin sözçüsü Tammi Bryus brifinqdə deyib ki, İranın uranı zənginləşdirməyə davam etmək imkanının olacağı ilə bağlı məlumatlar yalandır.
“Birləşmiş Ştatların Prezidenti Donald Tramp bunu açıq şəkildə bildirdi və bu, onun son sözüdür. Uranın zənginləşdirilməsi olmayacaq. Əgər uranın zənginləşdirilməsinin mümkünlüyü haqqında xəbərləri görürsünüzsə, açıq-aydın onlar yanlışdır” deyib.
Bruce Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu ilə bağlı hər hansı məlumatın olub-olmaması da soruşulub. “Xeyr” deyə qadın cavab verib. (Tass )