ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı uzaqmənzilli zərbələrə icazə verib. Bunu Braziliyanın “O Globo” qəzetinə müsahibəsində ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols deyib.
Onun sözlərinə görə, bu qərar Ukraynaya “özünü müdafiə etmək üçün daha çox imkanlar” verəcək və Vaşinqtonun fikrincə, Rusiyanı danışıqlara sövq edəcək. (Tass)