ABŞ Dövlət Departamenti informasiya sahəsində Rusiya və bir sıra digər ölkələrə qarşı mübarizə mərkəzinin işini dayandırır. Bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubionun yazılı bəyanatında deyilir.
O, qeyd edib ki, ABŞ hakimiyyəti söz azadlığını qorumalıdır. “Ona görə də bu gün mən Dövlət Departamentinin əvvəllər Qlobal İştirak Mərkəzi kimi tanınan İnformasiya Manipulyasiyası və Müdaxiləsi ilə Mübarizə Mərkəzinin bağlandığını elan edirəm”, – Rubio bildirib.
Dövlət katibi qeyd edib ki, “əvvəlki [ABŞ] administrasiyası dövründə vergi ödəyicilərinə ildə 50 milyon dollara başa gələn bu agentlik xidmət etməli olduğu amerikalıları susdurmaq və senzuraya salmaq üçün aktiv səylərə milyonlarla dollar xərcləyib”. “Bu, müdafiə etməli olduğumuz prinsiplərə ziddir və Amerikada ağlasığmazdır”, – Rubio bildirib. “Bu, bu gün dayandırılacaq” deyib.
Rubio həmçinin qeyd edib ki, “son on ildə Amerikada insanlar sadəcə öz fikirlərini ifadə etdiklərinə görə böhtanlara məruz qalıblar, işdən çıxarılıblar, ittiham olunublar və hətta həbs ediliblər”.
Amerika tərəfi adıçəkilən mərkəzin işinin əsas məqsədlərini bir sıra digər dövlətlərin, o cümlədən Rusiya və Çinin informasiya təsirinə qarşı mübarizə adlandırıb. (Tass)