ABŞ-ın Kiyev hakimiyyətinə bəzi silahların tədarükünü dayandırması o demək deyil ki, Amerika hakimiyyəti Ukraynaya hərbi yardımı tamamilə dayandırır. Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
“Biz Ukraynaya silah tədarükünü dayandırmırıq, yalnız bir aspekt, bir vəziyyət dəyişib”, – o, jurnalistlər üçün keçirilən növbəti brifinqdə deyib. “Vurğulamaq istərdim ki, bu, Ukraynaya yardım və silah tədarükünün dayandırılması demək deyil. (Tass)