Vaşinqton administrasiyası ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsdin Amerikanın xarici siyasətinə hər hansı təsir göstərəcəyini gözləmir. Bu bəyanatla Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə çıxış edib.
“Xeyr, bu, bizim xarici siyasətimizə heç bir şəkildə təsir etmir. Biz öz dəyərlərimizə, ölkəmizin maraqlarına, xaricdəki müttəfiqlərin və tərəfdaşların maraqlarına və onların necə qorunacağına əsaslanaraq qərarlar veririk”. (Tass)